İran

İcrudda koronavirusla bağli vəziyyət ağirdir

İcrud bölgəsinin fərmandarı Babullah Fəthi, “İcrud bölgəsinin koronavirusa tutulanların mərizxanaya yerləşdirilməsi üçün lazımi imkanlar yoxdur. Mərizlər müalicə üçün Zəncan şəhərinə getməli olurlar. Bu mərizliyin ölkəyə yayıldığı müddətdə, Zəncan bölgəsində 300-ə yaxın insan Covid 19-a tutulub ki, onlardan yan mərizliyi də olan 60 yaşdan yuxarı altısı nəfər ölüb”, -deyə məlumat verib.
Fərmandar İcrud şəhər mərizxanasının korona mərizlərini qəbul etmədiyini və yalnız ümumi narahatlıqlar üçün istifadə edildiyini bildirib.
Onun sözlərinə görə, İcrud şəhər mərizxanasındakı çatışmazlıq ucbatından bir neçə doktor və pərəstar Zəncan mərizxanalara aparılıblar.
Fərmandar habelə deyib ki, şəhərdəki əsnaf və mağazalarda həmişə lazımi yoxlamalar aparılır və onlara lazımı cəzalar və ixtarlar verilib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close