Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

ÖLÜM AMARININ AÇIQLANMASI DİGƏR QURUMLARA QADAĞAN EDİLDİ

İranın Səbte Əhval İdarəsinin sözçüsü Seyfullah Əbuturabi, Koronavirusla Mübarizə Milli Qərargahının virusdan ölənlərin amarının başqa qurumlar tərəfindən açıqlanmasını qadağan etdiyini bildirib.
O, Səbte Əhval İdarəsi tərəfindən keçən ilin son üç ayında ölənlərin sayının açıqlamamasının səbəbi haqqında, “bir qayda olaraq hər ilin son üç ayının aamarı yeni ilin fərvərdin ayının sonuna və ya ordibeheşt ayına qədər açıqlanır ki, Koronavirusla Milli Qərargahının başqa qurumlar tərəfindən amaranın açıqlanmaması ilə bağlı bildirişinə əsasən, bütün aamarlar Koronavirusla Milli Qərargahına verilərək bu qurum tərəfindən elan ediləcək”, – deyib.
Bundan öncə “Şərq” qəzeti “İranda koronavirus nəticəsində ölüm aamarının düzgünlüyü” başlıqlı quzarişində yazmışdı: “Səbte Əhval İdarəsi inanılmaz şəkildə indiyədək ötən ilin qışında və bu ilin fərvərdin ayında iranlıların virus nəticəsində ölüm amarını bildirməyib”.
Qəzet artırıb: “Ancaq problem ondadır ki, Tehranın “Beheşt-i Zəhra” qəbristanlığı son iki ayın amarını dərc etmir və həmin qurumun məsulları da dəqiq məlumat verməkdən imtina edirlər”.

Related Articles

Bir cavab yazın

Back to top button