Azərbaycan

İlham Əliyev Ermənistanın müharibəyə üçüncü ölkələri cəlb etmək cəhdi haqda

Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan Qarabağ münaqişəsində bir çox ölkələrin iştirakı görüntüsünü yaratmağa çalışır.

Azərbaycan Prezidenti bunu “Rossiya 1” telekanalında “60 dəqiqə”verilişində deyib.

İ.Əliyev bildirib: “Biz Ermənistan tərəfinin hədəfini başa düşürük – o, bu cür yalan xəbərlərlə, ilk növbədə, indi ərazi bütövlüyünü bərpa etmək vəzifəsini şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini kiçiltmək, həmçinin münaqişənin getdikcə böyüdüyü, üçüncü ölkələrin ona qoşulduğu təəssüratını yaratmaq istəyir. Bununla da təxribatlarına haqq qazandırmağa mümkün qədər çox ölkəni cəlb etməyə çalışır”.

Related Articles

Bir cavab yazın

Back to top button