
ANT xəbər verir ki, Məzahir Pənahov bildirib ki, hazırda 125 dairədən 117 dairə, 6537 seçki məntəqəsindən 3561-i hesabat verib.
MSK sədri qeyd edib ki, seçici fəallığı 76,73 faiz olub. MSK-ya 3561 protokol daxil olub və 2 715 667 bülleten sayılıb.
Məzahir Pənahov nəzərə çatdırıb ki, ümumi məntəqələrin 54,47 faizi üzrə səslər sayılıb. Ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:
– İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);
– Zahid Oruc – 2,20 faiz;
– Fazil Mustafa – 1,99 faiz;
– Qüdrət Həsənquliyev – 1,78 faiz;
– Razi Nurullayev – 0,79 faiz;
– Elşad Musayev – 0,66 faiz;
– Fuad Əliyev – 0,48 faiz;
Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,10 %-ni toplayaraq qalib gəlib.