Aznewstvi “The Times of Israel”a istinadən məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.
“İsrail hazırda qoşunlarını çıxarsa, ordu necə mütləq qələbə qazana bilərmi” – sualına Netanyahu “bu, vaxt aparan prosesdir” cavabını verib. Baş nazir həmçinin HƏMAS-ın Qəzzanın şimalında mövqelərini bərpa etməsi ilə bağlı məlumatları təkzib edib. O, əminliklə deyib ki, İsrail ordusu orada qalan “qalıqları” məhv etmək üçün davamlı reydlər keçirir.
“HƏMAS-ın hərbi çöküşünə alternativ yoxdur. Hərbi çöküş olmadan heç bir mülki çöküş olmayacaq”, – Netanyahu deyib.