Dünya

İlham Əliyev Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndirib

Bu gün Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər vəziri Mövlud Çavuşoğlunu qəbul edib. Dövlət başçısı bu səfərin xüsusi önəm daşıdığını vurğulayıb.
“Mənim əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır”, – deyə Azərbaycan Prezidenti vurğulayıb

Related Articles

Bir cavab yazın

Back to top button