Azərbaycan

İlham Əliyev və Mehriban Əliyeva Suqovuşanda bayram tonqalını alovlandırıblar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalını alovlandırıblar.

Daha sonra dövlət başçısı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

“Əziz bacılar və qardaşlar. Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Tarixi Zəfərimizdən sonra biz ikinci dəfədir Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik.

Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində deyib.

“Bu gün mən Novruz tonqalını burada – Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim.

Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”, -dövlət başçısı vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button