AzərbaycanDünya

İlk dəfə Muaytay üzrə Türk Dünyası Çempionatı keçirildi

14-18 avqust tarixində Türkiyənin İstanbul şəhərində ilk dəfə olaraq Muaytay üzrə Türk dünyası çempionatı keçirilib.

Azərbaycan bu yarışda 15 idmançı təmsil edib.

Yarışda 11 ölkədən 150-dən çox idmançı iştirak edib.

Yarışın təntənəli açılış mərasiminə bütün Türk dövlətləri öz milli rəqsləri və musiqiləri ilə qatılıb.

Yarış komandamız üçün uğurlu alınıb.

İdmançılarımız 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb:

48 kq da Natiq Əliyev – qızıl

60 kq da Xəyal Əliyev – qızıl

67 kq da Məhər Əsədzadə – qızıl

86 kq da Səməndər İsgəndərov – qızıl

71 kq da Məhəbbət Hümbətov – gümüş

51 kq da Şoranov Nihad – bürünc

Fatimə Hüseynli isə ən yaxşı xanım idmançı seçilib.

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTR) də komanda şəklində bu çempionatda mübarizə aparıb, baxmayaraq ki, Qıbrız bir çox beynəlxalq idman yarışlarına qəbul edilmir. Düşünürəm ki, bu çempionatda bu cür embarqonu bir az da sındıracağıq.

Əsas məqsəd muaytay idmanı ilə yanaşı, türk dövlətləri arasında mədəni əməkdaşlıq və ortaq mədəniyyətlər qurmaqdır. Türk dünyası olaraq beynəlxalq platformalarda daha uğurlu olmalıyıq.”

TÜRKSOY Baş katibinin müavini S.Yusuf muaytayın türk dünyasında populyar bir idman növü olduğunu söyləyərək deyib: “Biz bu əməkdaşlığı böyük məmnuniyyətlə qəbul etdik. Nə qədər düzgün qərar verdiyimizi görürük. Əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Ev sahibi Türkiyə ilə yanaşı, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, Şimali Kipr Türk Respublikası (Qıbrız) və Bosniya Herseqovina idmançılarının iştirak etdiyi çempionat avqustun 18-ində final matçları ilə yekunlaşıb.

Qeyd edək ki, gələn il Türkiyədən sonra bu mötəbər yarışın Azərbaycanda keçirilməsi üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə müraciət olunacaq. Bu yarış Türk xalqalarının birlik və bərabərlik nümunəsidir.

Related Articles

Bir cavab yazın

Back to top button