İran

İlk dəfə olaraq Qaradağ meşələrində yanğın gecə ilə sondürülüb.

Doğu Azərbaycanın Təbiət Qaynaqları İdarəsinin baş müdiri Rəhim Mehrdadi deyib: “ötən günün axşamından Qaradağ meşələrinin Çaykəndi və Tirvan hüdudlarının bir bölümündə yanğın olub. Yanğının gecə ilə söndürülməsi görmə azlığına, keçid çətinliyinə və qayalığa görə, çox çətindir. Yanğının gecə ilə söndürülməsində təhlükələr olduğuna görə buna razılıq vermirdik, amma əhali gecə ilə yanğını söndürməyə israrlı olduğundan buna icazə verdik və nəhayət ki, Bəsic, Sipah və İdarə qüvvələrinin çalışmaları ilə ilk olaraq yanğını gecə söndürdük. Imdad və əməliyyat qüvvələri Qaradağ meşələrinin yanğın olan yerlərində kiçik söndürmə işlərini davam etdirir”

Related Articles

Bir cavab yazın

Back to top button