
bu fikri amerikalı milyarder İlon Mask Kanadanın onlayn xidmətlərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qaydalarını şərh edərkən bildirib.
“Trüdo Kanadada azad sözü boğmağa çalışır. Bu, biabırçılıqdır”, – Mask vurğulayıb.
Xatırladaq ki, Kanadanın qəbul etdiyi yeni qaydalara əsasən illik gəliri 10 milyon Kanada dolları (7,4 milyon ABŞ dolları – Qeyd) və ya daha çox olan yayım xidmətləri noyabr ayına qədər bəzi məlumatları təqdim etməlidir. Bundan əlavə, xidmətlərdən abunəliklər və məzmun haqqında məlumat tələb oluna bilər. Bu tələb sosial şəbəkələrə də aiddir.