Dünyaİran

Amerikanın İsraildə keçmiş səfiri, İran üzrə Amerikanın nümayəndəsinin baş məsləhətçisi təyin edilib

Amerikanın İsraildə keçmiş səfiri Daniel Şapiro, İran üzrə Amerikanın xarici İşləri vəzirliyinin baş məsləhətçisi təyin edilib.
Amerikanın xarici İşləri vəzirliyinin bir yüksək məqamı Aksios Xəbər Portalına deyib: “Daniel Şapiro, əmniyyət səlahiyyəti təyid olunandan sonra ötən həftədən İran üzrə Amerikanın özəl nümayəndəsi Robert Malinin baş məsləhətçisi olaraq işləməyə başlayıb.”
Daniel Şapiro, Barak Obama dövlətində Orta Şərq üzrə uzman kimi işləyirdi, 2011-ci il Amerikanının Tel Avivdə səfiri təyin və bu vəzifədə 2017-ci ilədək çalışdı.
Co Bayden prezidentliyə başaldıqdan sonra bir neçə aydır ki, Şapironun adı bir neçə mətbuatda İsrail ilə Ərəb Dünyasının ilgilərini adiləşdirməyin genişlənməsi üçün Amerikanın özəl elçisi təkin irəli sürülüb.
Amerikanın xarici İşləri vəzirliyi məqamlarının sözlərinə görə, İsraildə yaşamış Şapiro vaxtının yarısını Vaşinqtonda və yarısını da İsrailə keçirməli olacaq.
Bu amerikalı diplomatın başlıca məmuriyyətlərindən biri, İran barədə yönəltmələri gücləndirmə və daha səmimi danışıqlar imkanını sağlamaq üçün İsrailin baş vəzirlik dəftəri, xarici İşləri vəzirliyi və Savunma vəzirliyi ilə danışıqlarda iştirak etmək olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button