İran

İranda tanınmış ruhani və keçmiş deputat hökuməti tənqid edib

Tanınmış din xadimi, hüquqşünas və İran parlamentinin Məhkəmə və Hüquq Komissiyasının keçmiş sədri Nasir Qəvami İran hökumətini tənqid edib. O, ölkədə mövcud problemlərlə bağlı həqiqətləri olduğu kimi deyə bilmədiyini etiraf edib.

“70 yaşımda zindana düşməkdən qorxduğum üçün ölkədə baş verən problemlərlə bağlı gerçəkləri olduğu kimi deyə bilmirəm”-deyə, din xadimi bildirib. O, İranda təhlükəsizlik qüvvələrinin özbaşınalığından danışaraq insanların qanunsuz həbs edildiyini və hara aparılması barədə dəqiq məlumat verilmədiyini deyib.

“Biz problemlərin kökü barədə danışmaq cəsarətinə sahib deyilik. Əgər onlara toxunsaq, zorakılığa məruz qalacaq və həbs olunacağıq. Siz jurnalistlər də bundan artıq məsələni işıqlandırmağa çalışsanız, başqaları kimi həbsxanalara düşəcəksiniz”-deyə, Qəvami vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button