İran

İnsan haqları üzrə xüsusi məruzəçi: İranda edamlar, etirazların yatırılması və həbslər artıb

Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə xüsusi məruzəçisi İranda dinc nümayişlərin zorakılıqla yatırılması, 11 ay ərzində 275 nəfərin edam edilməsi, məhbuslar arasında ölümlərin artması və həbslərin çoxalması kimi bir sıra məsələlər barədə məlumat verib.

“Aznews tv”nın xəbərinə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi məruzəçi Cavid Rəhman dünən İnsan Haqları Təşkilatının Cenevrədə keçirilən iclasındakı çıxışı zamanı bildirib.

“İslam Cümhuriyyətində insan haqlarını pozanların toxunulmazlığı var və beynəlxalq ictimaiyyət bu hökuməti insan haqlarının pozulmasına görə cavabdeh etməlidir”,-deyə o vurğulayıb.

C.Rəhman İranda geniş yayılmış insan haqları pozuntularının bir hissəsi kimi iki azyaşlı cinayətkarın və 10 qadının edam edilməsi də daxil olmaqla, edamların və əsassız həbslərin artması və məhbusların ölümünü haqqında danışıb.

O, eyni zamanda ölkədə İran hökuməti tərəfindən qeyri-fars millətlərin həbsi, mediaya təzyiqlər və söz azadlığının məhdudlaşdırılması, dinc etirazların zorakılıqla yatırılması, standart həyat hüququnun pozulması, qadın hüquqlarının tapdalanması, koronavirus epidemiyası dövründə insanların sağlam, təhlükəsiz və təsirli vaksin əldə etmə hüququndan məhrum edilməsini İranda insan haqları pozuntularının daha bir nümunəsi adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button