İran

Amerika İranın neft-kimya sanksiyalarını pozan 6 xarici şirkəti qara siyahıya salıb

Amerika Maliyyə Nazirliyi İranın neft-kimya ixracına qarşı tətbiq edilən sanksiyaları pozduğuna görə altı xarici şirkət və bir LPG tankerini qara siyahıya əlavə edib.

Maliyyə Nazirliyi Amerikanın “Fars Körfəzi Neft-Kimya Holdinqi”nə qarşı sanksiyalarını pozduğuna görə Birləşmiş Ərəb Əmirliyinin “Mavi Kaktus Ağır Avadanlıq və Ehtiyat Hissələri Ticarəti” şirkətinə sanksiya tətbiq edib.

Bununla yanaşı Çinin “Golden Warrior” gəmiçilik şirkətləri və Sinqapurun “Pioner” gəmiçilik idarəsi, “Zenfer” neft-kimya ticarət şirkətləri, Honq Konqun “Farowell Canyon” və “Shekofei İnternational” şirkətləri ABŞ Xəzinədarlığının sanksiyaları siyahısına əlavə edilib.

Bu şirkətlərlə yanaşı, Panama bayrağı altında üzən Çinin “Golden Warrior” şirkətinə bağlı “Golden Harvest” LPG tankeri də sanksiyaya məruz qalıb.

Amerika dövlət katibi Entoni Blinken Maliyyə Nazirliyinin yeni sanksiyaları ilə eyni vaxtda bu şirkətlərin İranın neft-kimya və neft məhsullarının qeyri-qanuni daşınması və ticarətində aktiv olduqlarını açıqlayıb.

Bunların İran hökuməti üçün əsas gəlir mənbəyi hesab edilən məhsullar olduğu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button