İran

İran mediası İran futbolunun ərdəbilli əfsanəsi Əli Dayini ölümlə hədələyir

"SEPAH"a yaxınlığı ilə tanınan "Cavan" media orqanı ərdəbilli futbolçuya xəbərdarlıq edib.

İran İnqilab Keşikçiləri Korpusununa yaxın “Cavan” media orqanı  ərdəbilli futbol ulduzu Əli Dayini məktəbli qızın öldürülməsi ilə bağlı verdiyi açıqlamalarına görə ölümlə hədələyib.

“Öz həddini bilməyən hər kəs həlak olacaqdır”,- deyə, media orqanı Əli Dayi ilə bağlı dərc etdiyi yazıda cəbərdarlıq edib.

Yazıda Əli Dayinin keçmiş futbol ulduzu, adının dünyanın ən çox qol vuranlar siyahısında olduğu vurğulanıb ondan “separatçı” və “iğtişaşçı”larla bir yerdə olmaması istənilib.

Bu, son günlər İran mediası və bir sıra qurumları tərəfindən azərbaycanlı futbolçuya qarşı dərc edilən növbəti təhdid yazısıdır.

Qeyd edək ki, İran futbolunun ərdəbilli əfsanəsi Əli Dayi sosial mediada paylaşım edərək Ərdəbilin “Şahid” orta məktəbinin şagirdi Əsra Pənahi Xanqahın oktyabrın 13-də öldürüldüyünə dair xəbərin doğru olduğunu yazıb.

O, Ərdəbilin İran parlamentindəki nümayəndəsinin çıxışına münasibət bildirib və onu xalqın deyil hakimiyyətin maraqlarını qoruduğunu deyib.

Əli Dayi yeniyetmə məktəblinin ölümü ilə bağlı İran mediası və rəsmilərinin ziddiyyətli məlumatlarına toxunaraq, onların bir-birini təkzib etdiklərini söyləyib.

“Mən doğulduğum torpaqdan aldığım etibarlı xəbərlərin doğruluğuna inanmasam, yaymaram. Əsra Pənahi Xanqah öldürülüb. Bununla bağlı faktlar var.

Related Articles

Bir cavab yazın

Back to top button