Dünya

İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, daha 62 nəfər xəsarət alıb

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Bu barədə yerli mətbuata istinadən xəbər verilir.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.

Avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın olub. Hadisə nəticəsində daha 62 nəfər yaralanıb.

Hadisə pirotexnik məhsulların mağazasında baş verib. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button