Dünyaİran

İranın keçmiş prezidentinin Macaristana səfəri narazılıq yaratdı

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Macaristana səfəri etirazlara səbəb olub.

Bu barədə  beynəlxalq media məlumat yayıb.

İsrailin Macaristandakı səfirliyi və yəhdi icması Holokostu inkar edən keçmiş prezidentin bu ölkəyə dəvət edilməsini qəbuledilməz olduğunu, Holokost qurbanlarına hörmətsizlik kimi dəyərləndiriblər.

Bununla yanaşı insan haqları fəalları və hüquq müdafiəçiləri də, Əhmədinejadın səfərinə etiraz edib, onu protest etmək üçün aksiyaya çaırış ediblər.

Əhmədinejad Macaristanın Ludovika Dövlət Xidmətləri Universitetinin dəvəti ilə “Qlobal Ətraf Mühitdə Ümumi Dəyərlər” mövzusunda toplantıda iştirak etmək üçün Macarıstana səfər edib.

Qeyd edək ki, Mahmud Əhmədinejad keçmişdə dəfələrlə İkinci Dünya Müharibəsi zamanı yəhudilərin soyqırımını “mif” və “yalan” adlandırıb. O, həmçinin Holokostu “İsrail dövlətinin qurulmasına yol açmaq üçün psixoloji əməliyyat” kimi qiymətləndirib.

Related Articles

Bir cavab yazın

Back to top button