İran

İran ərzaq qiymətlərinin inflyasiyasına görə dünyada altıncı yeri tutur

İran ərzaq inflyasiyasına görə dünyada altıncı ölkədir. Livan isə dünyada ən yüksək ərzaq inflyasiyasına malik ölkə kimi qeyd edilib.

Dünya Bankı Bülleteninin Ərzaq Təhlükəsizliyi Yeniləməsi, 11 avqust 2022-ci ildəki son hesabatına əsasən, İran dünyanın ən yüksək ərzaq inflyasiya səviyyəsinə malik 10 ölkəsi sırasındadır.

Bu hesabatda, ilk növbədə, taxıl və paxlalı bitkilərin dünya üzrə ixrac qiymətlərindəki inkişafın vəziyyətinin xülasəsi təqdim olunur və bu da iki həftə əvvəllə müqayisədə bir faiz artım göstərir.

Hesabat dünya ölkələrinin daxili bazarında ərzaq məhsullarının qiymətini araşdırıb. Bu hesabat təfərrüatı ilə göstəriir ki, dünyanın aşağı və orta gəlirli ölkələrində ərzaq inflyasiyası hələ də yüksəkdir və yaxın həftələrdə dahada artacaq.

Eyni zamanda, dünyanın yüksək gəlirli ölkələri ərzaq məhsullarının qiymətinin sürətlə artması ərəfəsindədir.

İnflyasiya və ərzaq qiymətlərinin artması cəmiyyət üzvlərinin alıcılıq qabiliyyətinə və ərzaq məhsullarına çıxışına və ərzaq təhlükəsizliyinə əngəl törətdiyi üçün bu hesabatda dünya ölkələrinin daxili bazarında inflyasiya vəziyyəti araşdırılmış və müqayisə edilmişdir.

Qeyd olunan hesabat və statistikada Bu hesabatda ərzaq inflyasiyasının ən yüksək olduğu dünyanın 10 ölkəsi təqdim olunub.

Bu statistikaya görə, İran ərzaq inflyasiyası baxımından dünyada altıncı ölkə kimi təqdim edilib. Livan dünyada ən yüksək ərzaq inflyasiyasına malikdir. Zimbabve, Venesuela, Türkiyə və Şri-Lanka ölkələri isə növbəti yerləri tuturlar.

Related Articles

Bir cavab yazın

Back to top button