Dünyaİran

İran əsilli iki qardaş İsveçdə Rusiyanın xeyrinə casusluqda ittiham olunub

Ötən ilin noyabrında həbs edilən İran əsilli iki qardaş Peyman və Pəyam Kia Rusiyaya casusluqda ittiham olunublar. Bundan əvvəl İsveç mediası bu iki qardaşı İranın xeyrinə casusluqda ittiham etmişdi.

İsveç prokurorları iki qardaşı son 10 ildə Rusiyanın hərbi kəşfiyyat xidmətinə məxfi məlumatlar verməkdə ittiham edib.

Bu iki qardaş İranda doğulub, lakin uşaqlıqdan İsveçdə olublar və 2011-ci ilin martından keçən il həbs olunana qədər casusluq etməkdə ittiham olunurlar.

42 yaşlı Peyman Kia İsveç ordusunda və bu ölkənin təhlükəsizlik polisində iş təcrübəsi var və onun 35 yaşlı qardaşı Pəyam da bir müddət İsveç Təhlükəsizlik Təşkilatında çalışıb.

Hər iki qardaş ittihamları rədd edib.

Son illərdə, xüsusən də Rusiyanın Ukraynaya hücumundan, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq tələbindən sonra bu iki ölkə ilə Rusiya arasında gərginlik artıb.

Related Articles

Bir cavab yazın

Back to top button