Dünyaİran

İran əsilli şəxsin Norveçdə silahlı hücumu nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb

"Le Monde" qəzetinin məlumatına görə, Norveçin paytaxtı Oslo şəhərindəki gecə klubunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralılardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir.

Həbs edilən şəxsin İran əsilli 42 yaşlı Norveç vətəndaşı olduğu deyilir. Oslo polisi onun cinayət keçmişinin olduğunu və bundan öncə təhlükəsizlik xidmətlərinə məlum olduğunu qeyd edib.

İran əsilli qatil artıq həbs edilib. O, qətl və terror aktında ittiham olunur. Oslo şəhərində keçiriləcək bir sıra tədbirlər də hadisə ilə əlaqədar ləğv edilib.

Related Articles

Bir cavab yazın

Back to top button