İran

Daş Makıda koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq olunub

Koronavirus mərizliyinin sürətlə yayılması təhlükəsini nəzərə alaraq, Daş Makıda yeni məhdudiyyətlər tətbiq olunub. Məsələ ilə bağlı Daş Makı fərmandarı Əli Məhəmmədi İranlı açıqlama verib. Onun sözlərinə görə, hazırda bölgə narıncı məntəqə hesab edilir və virus təhlükəsi ilə ilgili olaraq durum daha da ciddiləşə bilər. Bu səbəbdən də şəhər və kəndlərdə insanların sıx toplaşdığı məkanlar tam nəzarətə götürülüb. Bundan başqa, vilayətdə maskdan istifadə icbaridir. Əli Məhəmmədi İranlı koronavirusun “Britaniya növü”nün daha riskli olduğunu bildirərək, sağlıq protokollarını riayət etməsi ilə bağlı əhaliyə çağırış edib.

Related Articles

Bir cavab yazın

Back to top button