İran

İran 190 ölkədən geri qalır

İran Beynəlxalq Maliyyə Təşkilatının (FATF) qara siyahısında olması səbəbindən 190 ölkədən geridə qalıb.

Xarici İşlər Nazirliyinin keçmiş müavini və İran İslam Respublikası Sisteminin Qiymətləndirilməsi Forumunun üzvü Seyid Məhəmməd Sədr bunun ölkə üçün ciddi fəsadları barədə xəbərdarlıq edib:

“Hökumət xarici siyasətə üstünlük verməlidir, dəyişiklik etməlidir. Əks halda İran iqtisadiyyatına daha da ağır zərbələr dəyəcək və bu qarşısıalınmaz problemlərlə nəticələnəcək”.

Qeyd edək ki, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riski yüksək olan ölkələr FATF-nin qara siyahısına daxil edilib və nəticədə digər ölkələrin hüquqi və hətta fiziki şəxsləri ilə maliyyə əməliyyatları məhdudiyyət və problemlərlə üzləşir.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button