İran

İran Aban etirazlarıa görə məsuliyyəti qəbul etmir

İran dövlətinin Bilgiləndirmə Şurası prezidentliyə bəzi namizədlərin Ruhani dövlətinin 1398-ci ilin aban etirazlarının zorakılıq yolu ilə yatırılmasına dair tənqidlərini rədd edərək bildirib ki, “iğtişaşlarla mübarizə qaydası və yöntəmi dövlətin məsuliyyəti sayılmır”. Şuranın 23 xordad, açıqlamasında qeyd edilib ki, “benzinin qiymətinin bahalaşması məclis ilə dövlətin qərarı idi” və bu qərar “icra, məhkəmə və məclisin başçıları tərəfindən imzalanıb” Eləcə də Xamənei tərəfindən də “təsdiq edilib”. Bildirək ki, 1398-ci ilin aban etirazlarında İranda benzinin bahalaşmasına görə öncə benzinin qiymətinin yüksəlməsinə yönəlmiş və daha sonra İranın kəlan siyasətinə qarşı ümumi etirazları hökumət qüvvələri tərəfindən geniş və sərt şəkildə yatırılıb. “Reuters”in məlumatına görə, etirazlar zamanı 1500 nəfər öldürülüb. Etirazları “iğtişaşlar” və “düşmən təxribatı” adlandıran İranın dövlət məqamları bu günədək etirazlarda tutulanların sayı barədə rəsmi rəqəmləri açıqlamayıblar. Bəzi tutulanların məhkəməsi hələ də davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button