Dünya

İtaliyada sakinlərə qaldığı şəhəri tərk etməsi qadağan edildi

İtaliyanın Nazirlər Şurası Milad və Yeni il tətilində ölkə daxilində səyahətləri qadağan edib.

Bu barədə “The Guardian” xəbər yayıb.

Baş nazir Cüzeppe Kontenin imzaladığı fərmana əsasən, 20 dekabr – 6 yanvar tarixlərində ölkənin şəhər və bölgələri arasında yalnız iş, müalicə və ya təcili məsələlər üçün hərəkət etmək mümkün olacaq.

Nəşr bildirib ki, Milad və Yeni il günlərində İtaliyada yerli sakinlərin yaşadıqları şəhərdən çıxması qadağan ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button