AzərbaycanBölgəİranSiyasət

İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb

Azərbaycan Respublikası dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb.

Aznews.tv APA-ya istinadən xəbər verir ki,  bunu İranın Ərdəbil əyalətinin başçısı  Əkbər Behnamcu Parsabad şəhərində keçirilən iclasda çıxış edərkən deyib.

Ə.Behnamcunun sözlərinə görə, Ərdəbil – Azərbaycan Respublikası dəmir yolu xətti  sərhədlər arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyət daşıyır: “Dəmir yolu xəttinin xəritəçəkmə prosesi və layihələndirilməsi başa çatıb. Dəmir yolu xəttinin tikintisi Ərdəbil əyalətində kənd təsərrüfatı  və turizmin inkişafına böyük təkan verəcək”.

O həmçinin  Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərinin hava limanının yük daşımaları həyata keçirmək üçün  inkişaf etdirilməsinin zərurətindən danışıb və bildirib ki, yaxın zamanlarda hava limanının yenidən qurulması üçün lazım olan vəsait ayrılacaq.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button