Azərbaycanİran

​​İran Azərbaycanla sərhəddə sərhəd terminalının tikintisinə başladığını elan edib

“İran və Azərbaycan Kəlalə–Aqbənd sərhəd terminalını (Azərbaycanın cənub-qərbində, Zəngilan rayonunda) tikməkdə qərarlıdır. İran sərhəd terminalı tikib, Azərbaycan isə Araz çayı üzərində körpü tikir.

 Bu layihə bu ilin əvvəlində (İran təqvimi ilə 21 mart 2024-cü il) başlayıb. İslam Respublikası bu layihə üçün 95 milyon dollar ayırıb”, – deyə İranın yollar və şəhərsalma nazirinin müavini Əmani İran–Azərbaycan sərhədində terminalın tikintisi sahəsinə səfəri zamanı bildirib. Onun sözlərinə görə, “Araz keçid məntəqəsi və Kələla–Ağbənd sərhəd terminalı tikildikdən sonra qonşu Azərbaycanın tranzitinin böyük hissəsinin bu marşrut üzrə həyata keçiriləcəyi gözlənilir”

Related Articles

Bir cavab yazın

Back to top button