İran

Ali Məhkəmə azərbaycanlı məhbus Hamid Qaraoğlaninin tələbini rədd edib

İranın Ali Məhkəməsi Urmu həbsxanasında 13 illik həbs cəzasını çəkən azərbaycanlı fəal Hamid Qaraoğlani barədə qərar çıxarıb.
Onun barəsində açılan cinayət işinə yenidən baxılması üçün etdiyi müraciətə rədd cavabı verilib.
Ali Məhkəmə azərbaycanlı məhbus barəsində ilkin məhkəmənin çıxardığı 13 illik həbs cəzasını olduğu kimi qüvvədə saxlayıb.
Bundan öncə Hamid Qaraoğlani barəsində çıxarılan qərar 6 fevriyyə tarixində İran Ali Məhkəməsinin 41-ci bölməsi tərəfindən təsdiq olunub, 16 fevriyyədə isə elektron sistem vasitəsilə elan edilib.
Xatırladaq ki, Hamid Qaraoğlani 27 juən 2020-ci ildə urmu şəhərində əmniyət məmurları tərəfindən saxlanılıb, İttilaatın istintaq bölməsində dindirildikdən sonra 16 culayda Urmu həbsxanasına köçürülüb.
28 septambr 2020-ci ildə keçirilən məhkəmədə “Amerika və İsrailə casusluq”, “xarici mətbuatla ilgi qurmaq”, “rəhbəri təhqir etmək və Qasım Süleymaninin şəklini cırmaq”, “Xalq Mücahidləri Təşkilatına üzv olmaq”da ittiham olunan Hamid Qaraoğlani edam və həbs cəzasına məhkum edilib.
2020-ci il desambr ayının əvvəllərində işinə yenidən baxıldıqdan sonra haqqında çıxarılmış edam cəzasının ləğv olunması və 13 il həbs cəzasına məhkum edilməsi barədə məhkəmə qərar qəbul edib.
Hamid Qaraoğlani dindirmə zamanı vəkildən yararlanmaq və başqa hüquqlarından məhrum olub.

Related Articles

Bir cavab yazın

Back to top button