İran

MİLLİ FƏALLARIN DÖYÜLMƏSİNİ SÜBUT EDƏN ŞƏKİLLƏR YAYIL

“Güney Azərbaycanlı fəalların həbsindən bir həftə ötməsinə baxmayaraq bədənlərində zərbə izləri hələ də getməyib.”
Azərbaycanlı fəallar Əli və Rza Vaseqi azad olunduqdan sonra, internetdə bədənlərində döyülmə izləri olan fotoları yayılıb.
Fəalların göz, ayaq və qollarında zərbə izləri qalıb.
Xatırladaq ki, xordadın 12-i əmniyyəti qüvvələri milli fəallara məhkəmə hökmünü göstərmədən iş yerlərində döyərək tutublar. Fəallara zor və şiddət tətbiq edən əmniyyəti qüvvələrinin işinə qonşular və yerli iş adamları müdaxilə etməli olub. Onları ayırmağa çalışsalar da əmniyyət qüvvələrinin əmri ilə 4 ədəd özəl qüvvələr otomobili hadisə yerinə çağrlıb.
Qeyd edək ki, qanuna görə məhkəmə işçiləri və məmurlar, müttəhimləri həbs edərkən, tutuqlama hökmünü göstərməlidir. Bu yolla, təqsirləndirilən şəxs tutulma səbəblərini öyrənir. Təqsirləndirilən şəxs ailə üzvülərini məlumatlandırmalı və vəkillə təmin olunmalıdır. Ancaq, məmurların qanunsuz davranışları əvvəl olduğu kimi, bu dəfə də yenə təkrarlandı. Yayılan şəkillər bir daha bunu sübut etdi.

Related Articles

Bir cavab yazın

Back to top button