İran

İran Beynəlxalq Cinayət Məhkəməsinə verilə bilər

Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyası dünya miqyasında dini azadlıqların vəziyyəti ilə bağlı 90 səhifəlik illik hesabatını dərc edib.

Hesabatda İranda azyaşlı uşaqların həbsi və öldürülməsi, işgəncələr, etirazçılara qarşı repressiyalar və etiqadlarına görə, müxtəlif dinlərə mənsub qrupların sıxışdırılması barədə yazılıb.

Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyası ABŞ dövlətinə İran vətəndaşlarının dini azadlıqlarını boğmaqda məsul olan şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq etməyi tövsiyə edib.

Həmçinin İran hakimiyyət orqanları tərəfindən insan hüquqlarının pozulmasına və insanlığa qarşı cinayətlərə görə bu ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi istənilib.

Related Articles

Bir cavab yazın

Back to top button