Araşdırma & Təhlilİran

İran bir daha güvənlik müşkülü ilə razılaşdı

İran İslam Cumhuriyyətinin ən bariz özəlliklərindən biri də güclü olmaq iddiasıdır. Ən son da Passiv Müdafiə Sazmanının başqanı İsrailə qarşı hədələyici ifadələrlə danışıb və İranın sayberi hücumlara qarşı tam hazır olduğunu iddia etmişdi. Ancaq yaxın zamanda İranın bu qonuda da çox başarısız olduğu ortaya çıxır. Ən son da Tehranın Evin Həbsxanasının güvənlik kameralarının hək olunması və Ədalət-e Əli adlı bir qrup tərəfindən yayılması hakimiyyətin iddialarının nə qədər doğru olduğunu göstərmişdi. O saldırı İranın ən məşhur güvənlik və siyasi məhbuslarının saxlandığı zindanın içində baş verənləri dünyaya göstərdi. İllərlə siyasi məhbusların zindandakı işkəncələrlə bağlı dediklərinin hamısı doğrulanmış oldu. İran hakimiyyəti bu məsələ haqqında da nisbətən səssiz qaldı. əslində deyəcək bir şey də qalmamışdı. İndi bir daha İranda baş verən yeni bir sayberi hücum gündəmə gəldi. Dünən günorta saatlarında ölkənin başa başında yanacaqdoldurma mərkəzlərində pompaların çalışmadığıyla bağlı xəbərlər yayılmağa başladı. Az bir zaman sonra məsələnin bütün ölkədə baş verdiyi anlaşıldı. Benzin satışı mərkəzlərinin önündə sıralanan növbələr şəhərdə böyük trafikin yaranmasına səbəb oldu. İran televizyonları ilk başda yenə səssizlik qalsalar da, sonra bir sayberi hücum olduğuna etiraf etmək zorunda qaldılar. Sözügedən hücumda maraqlı olaylar baş verdi. Misal üçün yanacaqdoldurma tablolarına Əli Xamneyinin ofisinin telefon nümrəsi yazıldı. Habelə bir neçə şəhərdə xiyabanların tablolarında “Xamneyi bizim benzinimiz harda?” şüarı yazılmağa başladı. İran məqamlarının məsələni kontrol altına almaqları saatlarla zaman aldı. Ən son sa benzin şəbəkəsində verilən 60 litrəlik ucuz benzin aradan qaldırıldı və yalnız 3000 tümənlik benzin satışa çıxarıldı.
Elə bu qısa zamanda bir neçə yerdə qara bazar belə yarandı və bəzi şəhərlərdə benzinin litri 8 min tüməndən satılmağa başladı.
Bu durum düşündürücü bir məsələdir. Millətin bir bölümü hər zaman bir fürsət axtarışında olması toplumdakı dəyərlərin ciddi mənada dəyişdiyini də göstərir. Ancaq bu hadisənin ən önəmli hissəsi İranın hər anlamda savunmasız olduğu və güvənlik sahəsində zəyif olduğunu göstərir.
Uzmanların dediyinə görə İrandakı benzin satışı şəbəkəsi ölkənin içində olan bağlı bir sistemdir. Yəni internetə bağlı deyil. Buna görə çox böyük ehtimal sayberi saldırı da sistemin içindən və İrandan olan bir saldırıdır. Bundan az bir zaman öncə də dəmir yol sistemində bənzər saldırı olmuşdur. Elə o zaman da saldırının İran içindən olduğu təxmin edilmişdi. Çox az bir zaman içində Evin zindanı, Dəmir Yol şəbəkəsi və indi də Benzin satış şəbəkəsində bənzər sayberi hücum, İranın zəyif olduğunu göstərir. İkincisi də hakimiyyətin ən həssas yerlərində nə qədər ciddi və geniş bir müxalif nüfuzun olduğunu göstərmiş olur.

Related Articles

Bir cavab yazın

Back to top button