İran

İRAN BÖYÜK POLAD PROJƏSİNİ ÇİNƏ VERDİ

Şərq qəzetinin yazdığına görə, bir Çin şirkəti qanuni qaydalarından qıraqda,”Mobarəkə” polad şirkəti ilə qərardad bağlayıb ki, bu projədə İranın keçmiş Alman tərəfdaşından 200 milyon yoro bahalıdır.
Bu gün yayılan quzarişə görə, polad sahəsində heç bir təcrübəsi olmayan Çinin “Şian” şirkətinin İranla qərardad bağladığı bildirilir və bu qəzetin qaynaqlarına görə, qeyd olunan anlaşma 2 min milyard tüməndən çox “zərər”ə səbəb olacaq.
Bu arada, “Mubarəkə” polad şirkətinin müdiri Həmidrza Əzimiyan “Şərq” qəzetinə açıqlamasında bildirib ki, bu şirkət öz məhsullarına qaranti lazım olduğu üçün, gərək xarici teknolojisi olan şirkətlərlə anlaşmalı idi. Ancaq bu teknolojisi olan ölkələrin heç biri “Mubarəkə” polad şirkətinin adının təhrimlər listində yer aldığı üçün işbirlik etmirlər.
O , qərardadın qiymətinin artmasını toolid həcmində baş verən dəyişikliklər olması ilə bağlayıb. “Çinin “Şiyan”şirkəti “Mubarakə” polad şirkətinə gərək olan teknolojisi varıdır və portfelində bu polad toolidi şirkəti ilə əməkdaşlıqla bağlı uğurlu təcrübəsi var”, – deyib.
Bəzi bilgili qaynaqlar bu qəzetə bildirdilər ki, “Mubarakə” polad şirkəti ölkənin polad bölməsində ən gəlirli şirkətlərdən sayılır. Ancaq “Mubarakə” polad şirkətinin yeni müdiriyətin təyin olduğu son iki ildə bank borcunun miqdarı 2 min milyarddan 10 qat, yəni 20 min milyard tümənə qədər artıb. Hansı ki, onun zərərli nəticələri sonrakı illərdə özünü göstərəcək.

Related Articles

Bir cavab yazın

Back to top button