Dünya

ƏFQANLILARIN CƏSƏDLƏRİ ÜZƏRİNDƏ İŞGƏNCƏ İZLƏRİ OLUB

Hərirrud Çayında tapılan cəsədlərdə işgəncə izləri görünüb.
İranlı mərzbanlarının aldadaraq cayda boğduğu əfqanlıları indiyə kimi 18 cəsədi tapılıb. 6-sı isə itgin düşüb.Cəsədlərin üzərində döyülmə izləri olub. Əfqanıstan məclisinin nümayəndəsi Həbibulla Pedram Royterz XA “boğulanların sayının 45, İrana keçən əfqanlıların sayının isə 57 nəfər olduğunu deyib. Onlardan ancaq, 12 nəfəri sağ qalıb. İranlı mərzbanlar 57 kişini 24 saat saxladıqdan sonra, onları cay kənarına gətirərək suya tullanmağa məcbur ediblər. Əfqanlardan 5 nəfərinin cəsədi Türkmənistanda sudan çıxarılıb.”.
Əfqanıstanın prezidenti bu barədə araşdırma aparmaq üçün bir heyət təşkil edib. Həbibulla Pedram da 16 nəfərlik heyətə daxildir.
Əfqanıstanın məqamlarının və rəsanələrinin yazdığına görə həmin əfqanlılar Hərat Viyalətinin sakinləridir və Zülfüqar Dəhanəsi mərz keçidindən İrana keçib. Zülfüqar Dəhanəsi Hərirrud Çayında İranla Əfqanıstanın eləcə də Türkmənistanın mərzindədir və onun iki tərəfində Hərat Vilayəti və Xorasan Ustanı yerləşir.
İran Xarici İşlər Vizarəti belə bir hadisənin olduğunu kəskin təkzib edib.

Related Articles

Bir cavab yazın

Back to top button