İran

İran etiraz aksiyalarını xarici qüvvələrə bağlamağa çalışır

Tehran əyalətinin valisi etiraz aksiyalarında xarici vətəndaşların saxlanıldığı barədə paylaşım edib.

Etiraz aksiyalarının genişlənməsi və onlarla şəhərə yayılması ilə eyni vaxtda İranın hökumət rəsmiləri və onlara bağlı media orqanları kütləvi aksiyalarda xarici qüvvələrin əli olduğu barədə iddialar irəli sürməyə başlayıblar.

Tehran əyalətinin valisi Möhsün Mənsuri sentyabrın 20-də özünün tviter hesabında etdiyi paylaşımda xarici vətəndaçların saxlanıldığını iddia edib.

“Əlaqədar qurumların dəqiq məlumatına görə, tehranda baş verən son məsələdə bir sıra səfirliklərin və xarici xidmət orqanlarının müdaxiləsinin izləri açıq-aşkar görünür. Ötən gecə baş verən aksiyalarda saxlanılanlar arasında üç xarici ölkənin vətəndaşlarıda var”-deyə, Mənsuri iddia edib.

Qeyd edək ki, bundan öncə də baş verən etiraz aksiyaları zamanı Tehran hökuməti aksiyaçıları xarici ölkələrin əlaltısı adlandırıb və bununlada saxlanılanlar baeəsində ağır cəza növlərinin tətbiqinə bəraət qazandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button