İran

İran generalları Azərbaycanda yerini bilmədikləri “İsrail bazalarını” necə nəzarətdə saxlayır?

İran generallarından Azərbaycanda “İsrail bazalarının yerləşdirildiyi” barədə növbəti qeyri-ciddi və heç bir dəlil-sübuta söykənməyən iddia səslənib. virtualaz.org xəbər verir ki, bu dəfə İranın Dövlət Sərhəd Xidmətinin rəhbəri general Əhməd Əli Qodarzi bu haqda danışıb. Onun sözlərinə görə, “İsrail Azərbaycan sərhədləri yaxınlığında mövcuddur”, amma bazalarının yeri haqda dəqiq informasiya yoxdur.

“İsraillilər İran sərhədlərinin həssas sahələrində casusluq edir, amma biz onların fəaliyyətinə tam nəzarət edirik. Onlar İranın çəkindirici gücünü bilir, ona görə də əllərindən gələn ancaq region ölkələrini təxribata çəkərək İran yük maşınlarına əngəl yaratmaqdan ibarətdir”, – “Fars” agentliyinin xəbərinə əsasən general belə deyib.

Əhməd Əli Qodarzi bildirib ki, İran sərhədçilərinin şimal-qərb sərhədlərində “regionu izləmək üçün” bütün vasitələri var. “Biz regiondakı hərəkətliliyi elektron və optik sistemlərin, PUA-ların köməyi ilə tam izləyirik”,-o bildirib.

Beləliklə, İran sərhəd qoşunlarının rəisi özünün dediyi kimi, “israillilərin fəaliyyətlərini” tam nəzarətdə saxlayırsa və onların Azərbaycanda iştirakı haqda məlumatlıdırsa o zaman nədən “İsrail bazalarının” yerini bu vaxta qədər dəqiq  müəyyən etməyiblər? İran generalları hələ də yerlərini dəqiq müəyyən edə bilmədikləri “İsrail bazalarına” qarşı öz aləmlərində mübarizə aparırlar və onların fəaliyyətini “tam nəzarətdə saxlayırlar”. Bəs yerini bilmədikləri bazaları  tam nəzarətdə saxlamaq onlara necə müyəssər olur?! Axı nəyisə nəzarət altında saxlamaq üçün əvvəlcə onun yerini müəyyən etmək lazımdır…

Related Articles

Bir cavab yazın

Back to top button