DünyaElm & Texnologiyaİran

İran: Görünür ABŞ öz dronunu vurub

İran hakimiyyəti nə Hörmüz körfəzində, nə də başqa yerdə pilotsuz uçuş aparatı itirmədiyini bəyan edib.

Aznews.tv xəbər verir ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp amerikalı hərbçilərin Hörmüz körfəzində İrana aid PUA-nı vurduqlarını bildirib.

Qeyd edək ki, təkzib məlumatını İranın Silahlı Qüvvələrinin təmsilçisi general Əbəlfəzl Şəkərçi verib.

Öz növbəsində, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı Twitter hesabında ölkəsinin nə Hörmüz körfəzində, nə də başqa yerdə pilotsuz uçuş aparatı itirmədiyini yazıb.

“Qorxuram ki, ABŞ-ın Boxer adlı desant gəmisi yanlışlıqla öz dronunu vurub”, – o, əlavə edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button