İran

İran hökuməti komaya düşən qızı öldürmək istəyir

Məcburi hicab qaydalarına riayət etmədiyi üçün İran polisi tərəfindən döyüləndən sonra komaya düşən yeniyetmə qız - Armita Gəravənd beyin ölümü keçirməyib və sağalmaq ümidi var.

Bu barədə onun ailəsinə yaxın şəxslər həkimlər heyətinə istinadən məlumat yayıblar.

“Həkimlər onun vəziyyətinin ağır olmasına baxmayaraq,  beyin ölümü keçirməsi barədə məlumatların doğru olmadığını və yaşamasına ümid olduğunu deyiblər”,- məlumatda bildirilib.

Həkimlər bildiriblər ki,  Armita Gəravənd beyin ölümü keçirsəydi,  xəstəxanada indiki şəraitdə saxlanılmasına ehtiyac qalmazdı.

Qeyd edək ki, oktyabrın 22-də Armita Gəravəndin beyin ölümü keçirməsi barədə İranın rəsmi mediası və SEPAH-a bağlı “Təsnim” xəbər agentliyi məlumat yayıb.

İnsan haqları müdafiəçiləri hökumətin hadisənin başvermə səbəbi barədə həqiqətin açılmaması üçün onun sağalmasını istəmədiyini deyir, yeniyetmənin öldürüləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, oktyabrın 2-də Tehran metrosunda “əxlaq polisi” və metro nəzarətçiləri tərəfindən döyülən Armita Gəravənd “Fəcr” xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb

Related Articles

Bir cavab yazın

Back to top button