Site icon Aznews TV

İran hökuməti xalq üsyanını yatırtmaq üçün iraqlı və livanlı muzdluları ölkəyə gətirib

Livan da daxil olmaqla İslam Respublikasının dəstəklədiyi ölkələrdən repressiv qüvvələrin İrana göndərilməsi ilə bağlı məlumatlar ötən illərdə olduğu kimi, bir neçə gün öncə də yayılmışdı.

Məlumata görə, Bağdad hava limanından xüsusi forma və qara çantaları olan 25-30 yaşlı 150-yə yaxın muzdlunu daşıyan xüsusi reys hava limanının VİP bölməsindən Məşhədə uçub.

Məlumatlı mənbələr bildiriblər ki, sözügedən şəxslər “Hizbullah” və “Həşdi-Şəəbi” qruplaşmalarına aiddir və çox güman ki, xalq etirazlarını yatırtmaq üçün Məşhədə göndəriliblər.

Exit mobile version