İran

İran hökuməti xalq üsyanını yatırtmaq üçün iraqlı və livanlı muzdluları ölkəyə gətirib

noyabrın 1-də Bağdad hava limanından xüsusi təyyarə ilə bir sıra “Həşd-Şəəbi” və “Hizbullah” muzdluları İranın Məşhəd şəhərinə aparılıb. Həmin qüvvələrin cəlb edilməsi yəqin ki, İrandakı xalq qiyamını yatırmaq məqsədilə həyata keçirilib.

Livan da daxil olmaqla İslam Respublikasının dəstəklədiyi ölkələrdən repressiv qüvvələrin İrana göndərilməsi ilə bağlı məlumatlar ötən illərdə olduğu kimi, bir neçə gün öncə də yayılmışdı.

Məlumata görə, Bağdad hava limanından xüsusi forma və qara çantaları olan 25-30 yaşlı 150-yə yaxın muzdlunu daşıyan xüsusi reys hava limanının VİP bölməsindən Məşhədə uçub.

Məlumatlı mənbələr bildiriblər ki, sözügedən şəxslər “Hizbullah” və “Həşdi-Şəəbi” qruplaşmalarına aiddir və çox güman ki, xalq etirazlarını yatırtmaq üçün Məşhədə göndəriliblər.

Related Articles

Bir cavab yazın

Back to top button