İran

Rəisi Azərbaycan səfirliyinə hücumun araşdırılmasına göstəriş verib

İran prezidenti İbrahim Rəisi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumun hərtərəfli araşdırılması ilə bağlı göstəriş verib.

Bu barədə İran prezidentinin siyasi məsələlər üzrə müavini  Məhəmməd Cəmşidi açıqlama yayıb.

“Qardaşımız və qonşu ölkə olan Azərbaycan Respublikasının səfirliyinə hücumla bağlı faciəvi hadisəni pisləyirik. Prezident Rəisi bu xoşagəlməz xəbəri eşidəndən dərhal sonra məsələnin hərtərəfli araşdırılmasına göstəriş verərək Azərbaycan hökumətinə, xalqına və mərhum diplomatın yaxınlarına başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb”,-deyə, Məhəmməd Cəmşidi özünün tvitter səhifəsində yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button