Dünyaİran

İran İnsan Haqları Təşkilatı Evin həbsxanasında baş verən hadisələrin BMT-dən araşdırılmasını istəyib

İran İnsan Haqları Təşkilatı oktyabrın 16-da "daha böyük faciələrin baş verməsinin" qarşısını almaq üçün "BMT-nin nəzarəti altında nümayişçilərin öldürülməsi və Evin həbsxanasındakı hadisələrlə məşğul olmaq üçün müstəqil araşdırma mexanizminin yaradılmasına" çağırıb.

Bu təşkilat İslam Respublikasının faktları gizlətmək və həbsxanalardakı qətllərin tarixini və məsul orqanlar arasında yalan danışmağın yayqınlığını nəzərə alaraq Evin həbsxanasındakı yanğınla bağlı rəsmi izahatları qəbul etmədiyini açıqlayıb.

İran İnsan Haqları Təşkilatı bildirib ki, “faktları tam başa düşmək və bu faciələrin səbəbkarlarını məsuliyyətə cəlb etmək üçün yeganə yol” “beynəlxalq ictimaiyyətin dərhal bu işə qarışması və Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında beynəlxalq mexanizmin yaradılmasıdır”.

Qeyd edək ki, oktyabrın 15-i gecə saatlarında Tehranın Evin zindanında yanğın baş verib.

Rəsmi məlumatlarda yanğının zindanın tikiş sexi və parça anbarında məhbusların təxribatı nəticəsində baş verdiyi iddia edilib.

Yanğından sonra zindana xüsusi təyinatlı qüvvələr cəlb edilib və məhbuslara odlu silahlardan atəş açılıb, onlara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Rəsmi məlumatlarda hadisə nəticəsində 4 nəfərin ölüdüyü, 61 nəfərin yaralandığı bildirilsə də, qeyri-rəsmi məlumatlar və insan haqları təşkilatları plü və yaralı sayının daha çox olduğunu bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button