Dünyaİran

İran İsrailə məxsus gəmiyə raket zərbəsi endirib

Tanzaniyadan Hindistana doğru hərəkətdə olan İsrailə məxsus yük gəmisi Ərəb dənizində İran tərəfindən raket atəşinə tutulub. Bu barədə İsrailin “Kanal-12” televizyonu məlumat yayıb. Olayın marsın 25-də baş verdiyi açıqlanıb. Raket həmləsi nəticəsində gəmiyə ciddi ziyan dəyib, xəsarət alanların isə olmadığı bildirilir. İsrailin Difa vəziri Beni Qantz da hadisənin baş verməsində İranı təqsirləndirib. Gəminin məxsus olduğu “XT Management” şirkətinin rəhbərliyi və İsrail əmniyyət qüvvələri hadisə barədə məlumatlandırılıblar.
Qeyd edək ki, bundan öncə Baş vəzir Benyamin Netanyahu bu ilin fevriyyəsində İranı Oman Körfəzində İsrailə məxsus “Helios Ray” gəmisinə hücum etməkdə günahlandırıb. İran Xarici İşlər Vəzirliyi isə İsrailin bu iddialarını təkzib edib.

Related Articles

Bir cavab yazın

Back to top button