
The New York Times SEPAH-dəki mənbələrə istinadən yazır ki, bunun üçün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyat məlumatlarını Yəmən husilərinə ötürür. “Əhəmiyyətli zərər və ziyan vurmaq” məqsədilə İraq və Suriyadakı İran tərəfdaşları ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına hücumlarını gücləndirərək sözügedən plana qoşulurlar.
Qeyd olunur ki, İran İsrail gəmilərinin müəyyən edilməsi məqsədilə ölkənin cənubunda kəşfiyyat postu yaradıb.