Dünyaİran

İran İsrail gəmiləri ilə bağlı kəşfiyyat məlumatlarını husilərə ötürür

Yəmən husiləri Qırmızı dənizdə İsrail və Amerika gəmilərinə növbəti hücumları həyata keçirməyi planlaşdırırlar.

The New York Times SEPAH-dəki mənbələrə istinadən yazır ki, bunun üçün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyat məlumatlarını Yəmən husilərinə ötürür. “Əhəmiyyətli zərər və ziyan vurmaq” məqsədilə İraq və Suriyadakı İran tərəfdaşları ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına hücumlarını gücləndirərək sözügedən plana qoşulurlar.

Qeyd olunur ki, İran İsrail gəmilərinin müəyyən edilməsi məqsədilə ölkənin cənubunda kəşfiyyat postu yaradıb.

Related Articles

Bir cavab yazın

Back to top button