Site icon Aznews TV

İran konsulluğuna hücumla bağlı Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi: “Sionist rejimin diplomatik toxunulmazlıqdan istifadə edən yerlərə və insanlara qarşı növbəti hərbi cinayəti, həmçinin general-mayor Məhəmməd Rza Zahedinin şəhadətindən sonra Ali Milli Təhlükəsizlik Şurası dünən axşam saat 21:00-da iclas keçirib. Prezidentin və baş şuranın iştirakı ilə müvafiq qərarlar qəbul edilib”.

İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində SEPAH-nin Suriya və Livandakı Sepah-e-Qods xüsusi təyinatlılarının komandiri Məhəmməd Rza Zahedi məhv edilib. Bu barədə Suriyanın Telegram kanalları yazır.

İsrailin Telegram kanallarının məlumatına görə, “bu, İsrailin 2018-ci ildən bəri Suriyaya ən ciddi zərbəsidir və ciddi bir eskalasiyadır”. İranyönlü Telegram kanalları İranın Suriyadakı səfirinin xəsarət almadığını bildirir.

Exit mobile version