Azərbaycanİran

İran mətbuatı rusların Zəngəzur dəhlizi ilə bağlı İrana güzəştə getməli olduğunu yazır

İranın “Cərəyan” beyin mərkəzinin Qafqaz üzrə eksperti Hamed Xosrovşahi yazır: “Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasında çoxsaylı aktorların olması bəzi İran elitalarının əsas aktyoru səhv başa düşməsinə səbəb olub.

2020-ci il İkinci Qarabağ Müharibəsində Türkiyənin NATO üzvü kimi cəsarətli rolu, eləcə də bu müharibədə “sionist rejim”in istehsal etdiyi pilotsuz təyyarələrin və silahların mühüm rolundan sonra Azərbaycan Respublikası regional yolların açılması və işğaldan azad edilmiş əraziləri “Zəngəzur dəhlizi” açar sözü ilə ifadə olunan komunikasiya yolu ilə  Naxçıvanla birləşdirməsi tələbi   bu məsələnin iranlı analitiklərin və ölkənin beyin mərkəzlərinin ağlına  “NATO dəhlizi” və ya “İbrani dəhlizi” formasında Qərb planına uyğun olaraq həyata keçiriləcəyini gətirdi.

Dörd ildən sonra Rusiya rəsmilərinin regional yolların açılmasının zəruriliyi və İranın bu məsələni qəbul etməsi zərurəti ilə bağlı açıq-aydın şərhlərindən sonra ölkənin müxtəlif fraksiyalarından olan media və analitiklər “bu dəhliz NATO deyil, Rusiyadır, və onun planlanması Moskvada baş tutub” deyirlər.

Bəzi təhlillərdə Putinin Bakıya son səfəri zamanı Azərbaycan Respublikası tərəfindən Rusiyanın məmnunluğuna da diqqət yetirilib.  Məncə, ikinci Qarabağ müharibəsi və onun bütün nəticələri, o cümlədən Cənubi Qafqaz regionunda keçmiş sovet rabitə yolları şəbəkəsinin blokdan çıxarılması Moskvanın Bakıya əvvəldən yaşıl işıq yandırması ilə həyata keçirilib.

Suriya məsələsində İran və Rusiya arasında əməkdaşlıq tarixini xatırlayan iranlı düşüncəsi strateji bir hadisə və maraqların uyğunlaşdırılmasını canlandırdı, halbuki İran və Rusiyanın Cənubi Qafqazda maraqları üst-üstə düşmür.

Prinsipcə, Rusiya ilə sövdələşmə və əməkdaşlıq nəticəsində Türkiyə kimi təsirli aktorun Cənubi Qafqaza daxil olmasına icazə verildi.  Çoxdankı müttəfiqi gücləndirmək və ruslara üsyan edib Qərbin ətəyindən yapışmaq arzusunda olan hökmdarı zəiflətmək rus planının nəticəsidir.

İran sərhədlərinin dəyişdirilməsinə gətirib çıxaran istənilən hərəkətə qarşı çıxacağını bəyan edib.  Fikrimcə, yaxın aylarda Arazın şimalındakı dəhliz İran və Rusiya rəsmiləri arasında danışıqlarda müzakirə mövzusu olacaq və nəticədə Rusiya, Azərbaycan Respublikası və Ermənistan açıq şəkildə bəyan edəcəklər ki, bu dəhlizin yaradılmasında məqsəd torpaq vermək deyil, yalnız avtomobil yolları, dəmir yolları və enerji ötürücü xətləri açmaqdır və İranın razılığı ilə tikinti işləri və icra əməliyyatları başlayacaq.

Arazın cənubundan və İran ərazisi daxilində şimal dəhlizinə uyğun bir dəhlizin çəkilməsi İrana veriləcək imtiyaz olacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button