İran

İran məhkəməsi jurnalistə 20 il həbs cəzası verdi

İranın Buşehr əyalətinin Dəştistan şəhərində yaşayan jurnalist və siyasi fəal Hüseyn Ruyintən 20 il həbs və cərimə cəzasına məhkum edilib. Bu barədə İnqilab Məhkəməsi qərar çıxarıb

Apellyasiya Məhkəməsi qərarın qüvvədə saxlanılması ilə bağlı rəy verəcəyi təqdirdə jurnalist ən azı 10 ilədək həbs cəzası çəkəcək.

Bundan öncə martın 15-də Dəştistan İnqilab Məhkəməsinin hakimi Əmin Mütəhharipurun başçılığı ilə keçirilən iclasda Hüseyn Ruyintən “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət” ittihamına görə 10 il, “hökumətə qarşı təbliğat” ittihamına görə 1 il, “müqəddəsləri təhqir etdiyinə görə” 5 il və “inqilabın banisi və ölkə rəhbərini təhqir”ə görə 2 il, “yalan informasiya yaymaq və ictimai rəyin çaşdırmaq” ittihamına görə 2 il həbs və 15 milyon tümən cərimə cəzasına məhkum edilib.

İnsan haqları təşkilatları jurmlistə qarşı irəli sürülən ittihamları əsassız hesab edib və bunu İran hökumətinin azad sözə qarşı basqılarının davamı kimi qiymətləndiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button