Dünyaİran

İran mediası hicaba görə Tacikistanı da hədəfə alıb

İranda SEPAH-yə bağlı media və sosial şəbəkə Tacikistan Prezidenti İmoməli Rəhmanın hicabla bağlı səsləndirdiyi fikirlərinə görə onu hədəfə alıb. Bu dəfə Tacikistan dövlət başçısı "islam düşmənçiliyi"ndə günahlandırılıb.

Qeyd olunan media orqanları Prezidenti qərb dəyərlərinə üstünlük verməkdə, islami dəyər və qaydaları məhv etməyə çalışmaqda ittiham edib.

Qeyd edək ki, Tacikistan Prezidenti hicabın qadın və qızların əxlaq göstəriciləri ilə bağlı olmadığını deyib, bunu cahillik və savadsızlıqdan irəli gələn əməl adlandırıb.

Tacikistan Prezidenti həmin çıxışında ad çəkmədən İranın bu ölkədə siyasi-ideoloji təbliğat apardığına işarə edib.

Related Articles

Bir cavab yazın

Back to top button