Azərbaycanİran

İran mediası: “İran elitasından Qafqazda yeni proseslərin təhlükəsizlik və geosiyasi perspektivləri ilə bağlı ciddi xəbərdarlıq”

“İran diplomatiyası” saytının yazdığına görə, son iki ildə Qafqaz regionunda baş verən hadisələr və münaqişələr Azərbaycanın Ermənistandan iddia etdiyi torpaqların geri qaytarılması ilə nəticələnib.

Amma görünən odur ki, Azərbaycanın bu ilin sentyabrında Sünik vilayətində (Qərbi Zəngəzur) apardığı son hərbi əməliyyatlarla yeni məqsədləri və müvafiq olaraq yeni geosiyasi prosesləri hədəfləyir.

İran İslam Respublikası bir tərəfdən fəal regional oyunçu kimi və bölgədə baş verən hər hansı yeni dəyişiklik və prosesdən təsirlənən ölkə olaraq özünəməxsus yanaşma və siyasətə malikdir ki, bu da İranın dini rəhbərinin ölkənin Ermənistanla şimal-qərb sərhədinin dəyişməməsi ilə bağlı mövqeyinə əsaslanır.

İranın Qafqazda baş verən proseslərə yanaşması və xarici siyasəti müxtəlif ictimai, media və elit dairələrdə fərqli tənqid və reaksiyalarla üzləşib.

İran araşdırma mərkəzlərindən birinin apardığı rəy sorğusunun nəticələri göstərir ki, respondentlərin 43%-i İranın Qafqaz regionunda geosiyasi dəyişikliklərlə mübarizə tədbirlərinin prioriteti kimi İran İslam Respublikasının qabaqlayıcı təhlükəsizlik və hərbi tədbirlər görməsini vacib sayır.

Rəyi soruşulanların 28%-i də Tehranın geosiyasi dəyişikliklərlə mübarizə tədbirlərinin prioriteti olaraq İran, Rusiya və Ermənistan arasında üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayır. Qalanları isə İranın Qafqaz bölgəsində geosiyasi dəyişikliklərlə mübarizə tədbirlərinin prioriteti qismində Ermənistanla hərbi əməkdaşlığı, eləcə də Azərbaycanla siyasi diplomatiyanın önəmini qeyd ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button