İran

İran minimum əməkhaqqına görə dünyada 160-cı yerdədir

İran hökuməti ölkədə fəhlələrə aylıq 75 dollar minimum aylıq maaş verməklə dünyada 160-cı yeri tutub.

İran hökuməti ölkədə fəhlələrə aylıq 75 dollar minimum aylıq maaş verməklə dünyada 160-cı yeri tutub.

“Aznews tv” xəbər verir ki, bu barədə “İLNA” xəbər ajansı məlumat yayıb.

Bildirilir ki, ölkədə fəhlələrə verilən minimum əməkhaqına görə Beynəlxalq Valyuta Fondu tərəfindən hazırlanmış bu siyahıda İran hətta 139-cu sırada olan Əfqanıstan və Qambiyadan, habelə yoxsul ölkələr olaraq qəbul edilən Burkinafaso və Banqladeş kimi bir sıra ölkələrdən də geridə qalıb.

Xatırladaq ki, İran neft və qaz sərvətlərinə görə dünyada ön sıralarda gedən ölkələrdən biridir. Lakin hökumətin yarıtmaz siyasəti, nüvə, balistik raket və insansız uçaq proqramlarına milyardlarla dollar yatırması, habelə bölgədə proksi (niyabəti) qruplaşmaların dəstəkləməsi ölkə vətəndaşlarının öz vətənlərini tərk edəcək qədər çıxılmaz vəziyyətdə qalmalarına gətirib çıxarıb.

Related Articles

Bir cavab yazın

Back to top button