Dünyaİran

Avropa Birliyi ölkələri İranla bağlı razılaşdı

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı razılaşıb.

Bu barədə Avropa Birliyinin baş diplomatı Jozep Borrell məlumat verib.

“İrana qarşı mövcud sanksiyalar raketlər və raket istehsalı, eləcə də Yaxın Şərq və Qırmızı dənizə PUA-ların, raketlərin tədarükünü əhatə edəcək”, – Borrell qeyd edib.

“Bloomberg” nəşrinin yazdığına görə, bu sanksiyalar Rusiyaya pilotsuz təyyarələrin göndərilməsindən əlavə İranın Yaxın Şərqdəki proksi qruplara göndərdiyi PUA-lar və raketləri ehtiva edir.

Related Articles

Bir cavab yazın

Back to top button